Putindən diktatura ilə bağlı ZARAFAT: "Yeganə təminatçısı mənəm"
Siyasət
10:55 / 21.02.2024
3062
Rusiya Prezidenti Vladimir Putin Strateji Təşəbbüslər Agentliyinin (ASİ) forumunda ciddi moderasiyaya görə diktaturanın hökm sürdüyü ilə bağlı zarafat edib.
Sfera.az xəbər verir ki, layihələrdən birinin təqdimatını moderator qismində yarımçıq kəsən ASİ-nin rəhbəri Svetlana Çupşevaya dövlət başçısı belə cavab verib.
"Görürsünüz... Əslində bizdə diktatura var. Bunun baş verməməsinin yeganə təminatçısı mənəm", - Putin gülümsəyib.
Çupşeva prezidentin zarafatına cavab olaraq qeyd edib ki, Rusiyanın belə prezidenti olduğu üçün çox şanslıdır.
Əzizə