ABŞ BMT-yə İsrail əleyhinə qətnamə TƏQDİM ETDİ: "Ciddi nəticələrə səbəb olacaq"

ABŞ BMT-yə İsrail əleyhinə qətnamə TƏQDİM ETDİ:

ABŞ İsraili Qəzza zolağının cənubundakı Rəfah şəhərinə yeni hücumlara qarşı xəbərdar edən qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. 

 

Layihənin mətnində qeyd olunur ki, Rəfahda genişmiqyaslı əməliyyatın keçirilməsi mülki əhalinin daha çox zərər çəkməsinə və onların daha çox yerdəyişməsinə, o cümlədən potensial olaraq qonşu ölkələrə köçürülməsinə səbəb olacaq ki, bu da regionda sülh və təhlükəsizlik üçün ciddi nəticələrə səbəb olacaq.

 

Nəşrin məlumatına görə, ABŞ-də İsrailin Baş naziri Benyamin Netanyahudan narazılıq artır:

 

"İsrail bölmələri ABŞ və Avropa liderlərinin mülki əhalinin təhlükəsizliyini təmin etmək tələblərinə baxmayaraq, Qəzza zolağında hücum əməliyyatını inkişaf etdirmək niyyətindədir".

 

Xatırladaq ki, bundan əvvəl Rusiya xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinin qəbuluna mane ola bilər. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Vaşinqton dərhal atəşkəs əldə etməyi nəzərdə tutan Əlcəzair layihəsi ilə razı deyil.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...