"Vaşinqton və Londonun bu məsələdə mövqeyi dəyişməyəcək" - ŞƏRH 

“ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbələri nəticəsiz qalıb. Vaşinqton və London hesab edirdi ki, zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəklər, ancaq bu baş vermədi”.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib: 

 

“Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Münxen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra çinli həmkarıyla birgə keçirdiyi mətbuat konfransında Pekinin Tehrana təsir etməsini istəyib. Yəni Pekin Tehrana, İran hakimiyyəti isə husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gərmilərinə hücumlar dayandırılsın. Londonun Pekindən istəyi budur. Vaşinqtonun da Pekindən istəyi oxşardır”.

 

Politoloq qeyd edib ki, buna baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil:

 

“Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır. Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə qarşı hərbi hücumlara icazə vermədiyini xatırladıblar”.

 

E.Şahinoğlu Vaşinqton və Londonun mövqeyinin dəyişməz olduğunu vurğulayıb:

 

“Husilərin durdurulması üçün bütün imkanlardan istifadə olunmalıdır. Vaşinqton və London Moskva və Pekinin istədiyi kimi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəmirlər. Çünki Rusiya və Çin Təhlükəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaqlar. 

 

ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təhciz etdiyini bildiriblər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirirlər. Buna görə, Vaşinqton hesab edir ki, husiləri durdurmağın yollarından biri Tehrana təsir etməkdir. Tehranın husilərə təsir etmək fikri yoxdur. Halbuki, Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkənin ticarət gəmisi Qırmız dəniz və Süveyş kanalından istifadə etmək istəmir. Bu da həmin gəmilərin daha uzun məsafə seçməsi ilə nəticələnir ki, bu yanacağın və ərzaq məhsullarının qiymət artımına səbəb olur”.

 

Firuzə Əliyeva 
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...