“Bizim üçün sərhədi pozanın kimliyinin önəmi yoxdur” - Deputat

Siyasət
16:52 / 19.02.2024
5894
Xəbər verdiyimiz kimi, fevralın 19-u saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 (üç) nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Bununla bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycan sərhədlərini heç bir qüvvə poza bilməz.
"Sərhədləri pozanlara qarşı Azərbaycan Ordusu adekvat və sərt cavab tədbirləri görəcək. Bizim üçün sərhədi pozanın kimliyinin önəmi yoxdur. Azərbaycan qonşuluq münasibətlərinə çox önəm verən bir ölkədir. Lakin qonşuluq münasibətləri pozularsa, Azərbaycan Ordusu sərhədi pozanlara öz layiqli cavabını verəcək".
Ülkər Abdurahmanlı