Meral Akşenerdən Ekrem İmamoğluya: "İstanbulu idarə edə bilmirsən" - VİDEO

İYİ Partiyasının sədri Meral Akşener Haliç Konqres Mərkəzində İstanbul Böyükşəhər və rayon bələdiyyə başçısı namizədlərini təqdim edib.
Sfera.az xəbər verir ki, Akşener təqdimatdan əvvəl “Boş vaxtlarını İstanbulda keçirənlər bu şəhəri idarə edə bilməzlər” deyib.
O heç bir ad çəkmədən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu hədəfə alıb:
"Bütün Türkiyədə olduğu kimi İstanbulda da problemlər xroniki xarakter alıb. Məsələn, əli qərargahda, gözü başqa vəzifələrdə olanlar, boş vaxtlarını İstanbulda keçirənlər bu şəhəri idarə edə bilməz.Ağlı şəxsi siyasi hesablamalarında olanlar bu şəhəri idarə edə bilməzlər. Səhlənkarlığın, səhvlərin, bəlaların yükünü çiyinlərində daşıyanlar, partiyadaxili maraqlar, kreslo davaları, taxt oyunları bayrağı daşıyanlar bu şəhəri idarə edə bilməzlər".
Akşener partiyasının İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Buğra Kavuncunu təqdim edib.
“Siz məcburi namizədi və ya əmanət namizədi qəbul etmək məcburiyyətində deyilsiniz. Çünki indi İstanbula layiq bir namizədiniz var. İstanbulu layiq olduğu kimi idarə edəcək və İstanbuldan başqa maraqları olmayan bir namizəd var. İndi qarşınızda Buğra Kavuncu var", - M.Akşener bildirib.
Əzizə Zeynal