Macarıstan senatorların təklifini RƏDD ETDİ: "İsveçin NATO-da iştirakını..."

Macarıstan senatorların təklifini RƏDD ETDİ: "İsveçin NATO-da iştirakını..."
Kateqoriya məlum deyil
T

Macarıstan hökuməti ABŞ senatorları ilə görüşmək təklifini rədd edib.

 

Sfera.az bildirir ki, ABŞ senatorlarından ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə gedib və hökuməti İsveçin NATO-ya üzv olmaq istəyini dərhal təsdiqləməyə çağırıb.

 

Birgə qətnamə hazırlayan qrup, Macarıstan hökumətinin heç bir üzvü tərəfindən qəbul edilməyib. Nyu-Hempşir ştatından demokrat senator Cenni Şahen bildirib ki, hökumətin heç bir üzvünün nümayəndə heyəti ilə görüş dəvətini qəbul etməməsi məyusedicidir. O həmçinin qeyd edib ki, İsveçin alyansa üzvlüyünün fevralın 26-da Macarıstan deputatlarının yenidən toplaşacağı zaman təsdiq üçün təqdim ediləcəyinə ümidlidir. Şimali Karolina ştatından respublikaçı senator Tom Tillis və Cenni Şahen tərəfindən hazırlanan birgə qətnamədə Viktor Orban hökumətindən İsveçin NATO-ya üzvlük məsələsində maneələrin aradan qaldırılması istənilir.

 

Orban Budapeştdə xalqa müraciətində “İsveçlə mübahisəmizin yekunlaşmaq üzrə olması yaxşı xəbərdir. Parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-da iştirakını təsdiqləməyə doğru irəliləyirik", - söyləyib.

 

Macarıstanın xarici işlər naziri Peter Szijjarto da senatorların səfərini alqışlayıb, lakin suveren ölkə olduqlarına görə təzyiqlərin əleyhinə olduğunu vurğulayıb.

 

Qeyd edək ki, Macarıstan NATO-nun hazırkı 31 üzvü arasında İsveçin üzvlüyünü ratifikasiya etməyən yeganə ölkədir.

 

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR