ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana SƏFƏR EDƏCƏK

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana SƏFƏR EDƏCƏK
Kateqoriya məlum deyil
T

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

 

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

 

Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib.

 

Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR