Japarov Əli Əsədova zəng etdi

Japarov Əli Əsədova zəng etdi
Kateqoriya məlum deyil
T

Fevralın 16-da Qırğız Respublikası Nazirlər Kabinetinin sədri Akılbek Japarov Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sfera.az-a bildiriblər ki, Akılbek Japarov Əli Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edib.

 

Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

 

Tərəflər Azərbaycan-Qırğızıstan qarşılıqlı faydalı əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR