Əhalinin neçə faizi Putinə etimad edir? - Rusiyada SORĞU

Əhalinin neçə faizi Putinə etimad edir? - Rusiyada SORĞU
Kateqoriya məlum deyil
T

Rusiyalıların 82 faizi Vladimir Putinin prezident kimi fəaliyyətini müsbət qiymətləndirib. 


Sfera.az xəbər verir ki, bu, barədə İctimai Rəy Fondunun (FOM) saytında sorğu nəticələri dərc olunub.

 

Analitiklərin fikrincə, respondentlərin 6 faizi Putinin işini mənfi qiymətləndirib. Dövlət başçısına etimad barədə suala respondentlərin 83 faizi müsbət cavab verib. Digər 9 faiz isə prezidentə etimad etmədiyini bildirib.

 

FOM-un qeyd etdiyinə əsasən, müsahibə şəklində sorğu fevralın 9-dan 11-dək aparılıb. Burada Rusiyanın 53 regionunun 104 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 1,5 min nəfər iştirak edib. Əldə olunan məlumatların statistik səhvinin 3,6 faizi ötmədiyi vurğulanır.

 

Qeyd edək ki, fevralın 9-da dərc edilən əvvəlki FOM sorğusunun məlumatlarına görə, rusların 81 faizi Putinin fəaliyyətini müsbət qiymətləndirib.

 

Xatırladaq ki, 2024-cü ilin mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Tarixdə ilk dəfə olaraq Rusiyada prezident seçkiləri üç gün ərzində - martın 15-dən 17-dək keçiriləcək.

 

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR