\"Rusiya Qərbə qarşı son həddədir\" - Lavrovdan MESAJ

\

Rusiyanın Qərbə qarşı xoşməramlı jestlərinin həddi çoxdan tükənib. 


Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada çevrilişin 10 illiyinə həsr olunmuş konfransda çıxışı zamanı Qərb ölkələrinə işarə edərək deyib. 

 

“Biz çoxlu güzəştlər və xoşməramlı jestlər etdik, lakin prezident xatırlatdı ki, bu jestlərin həddi artıq tükənib. Biz onların tərəfindən xeyirxah əməllərimizə cavab olaraq başqa jestlər də gördük”, - diplomat bildirib.

 

Bundan əvvəl Rusiya xarici işlər nazirliyinin rəhbəri deyib ki, Qərb Ukrayna hərbçilərinin Rusiya hədəflərinə birbaşa hücumlarına mütləq kömək edir. O vurğulayıb ki, Qərb təlimatçıları Ukrayna Baş Qərargahı tərəfindən planlaşdırmanın necə həyata keçirildiyinə nəzarət edirlər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR