"Vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmət göstərilməlidir" - Deputat

“Nəzərə almalıyıq ki, bütün qanunların qəbul olunmasında əsas hədəf vətəndaşlardır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında “Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Azay Quliyev deyib.

 

“Həmin sahənin vəziyyətinə diqqət ayırmaq lazımdır. Son illər su təchizatı ilə bağlı bir çox işlər görülüb. Lakin hələ də görəcəyimiz işlər var. Bu istiqamətdə vətəndaşların ödəyəcəyi xidmət haqlarına uyğun xidmətin göstərilməsi kimi məsələlərə diqqət yetirmək lazımdır.

 

Tullantı sularının axıdılması ilə bağlı bir çox problem var. Binəqədidə 10-dan çox binanın kanalizasiyasının yaxşılaşdırılması ilə bağlı işlərə ehtiyac var. Bakının rayonlarında seçicilərlə görüşdə deyildi ki, suyun keyfiyyəti çox aşağıdır. Müvafiq qurumlar bu məsələyə də diqqət ayırmalıdır. 9-cu mikrorayonda hələ də suyu qrafiklə verilən evlər var. Bu məsələlərə ciddi yanaşılmalıdır. Bu gün Bakıda bir çox yerlərdə istismara alınmayan binalar var. Bu binanın tikintisinə necə icazə verilib? Həmin binalarda 360-380 ailə yaşayır, lakin onların qeydiyyatı yoxdur, hətta səsvermədə belə iştirak edə bilmirlər. Bu məsələlərə ciddi baxılmalıdır”.

 


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...