"Bu, Zəfər seçkisi kimi tarixə daxil oldu" - Sahibə Qafarova

Siyasət
10:23 / 16.02.2024
3035
“Ölkə ərazisində keçirilən seçkilər Zəfər seçkisi kimi tarixə daxil olub”.
Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 16 fevral 2024-cü il tarixli iclasında Sahibə Qafarova deyib.
“Bu müdrik seçim Azərbaycanda məsuliyyətli rəhbərlik amilini təyin edib. Andiçmə prosesinin Milli Məclisdə keçirilməsi ənənə halını alıb. Bu da parlamentə olan inamım göstəricisidir. Prezident İlham Əliyevin siyasi məharəti və məfkurəsi bütün imkanları əldə etməyə imkan yaradacaq. Milli Məclis də üzərinə düşən vəzifələri yerinə yetirməyə çalışacaq”.
Firuzə Əliyeva