Azərbaycançılıq ideyası Ümummilli Liderin cəmiyyətimizə təqdim etdiyi universal dəyərlər sistemidir

Azərbaycançılıq ideyası Ümummilli Liderin cəmiyyətimizə təqdim etdiyi universal dəyərlər sistemidir

Azərbaycançılıq ideyasının təbliği vətənpərvərlik, dövlətçilik kimi təməllərə əsaslanır.  Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirən ümumi dəyərdir. Bu baxımdan ictimai dəyərlərin qorunması öz aktuallığını qoruyur. Azərbaycançılıq ideyası da elə həmin ictimai dəyərlərdən biridir. Bu səbəbdən onun təbliği diqqət mərkəzindədir.

 

Sfera.az bildirir ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. 

 

Ümummilli Liderin müəllifi olduğu bu ideologiya təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, bütün dünya azərbaycanlılarını birləşdirir. Azərbaycançılıq ideologiyası Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda, bu,  Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən bir hadisədir. 

 

Heydər Əliyevin Dünya Azərbaycanlılarının Qurultayındakı nitqi də (10 noyabr, 2001-ci il) azərbaycançılığın tarixi proqram sənədi hesab edilir. 

 

Dahi rəhbər qurultaydakı çıxışında demişdi: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi, həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq".

 

Azərbaycançılıq ideologiyası Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz nümunəsidir. Eyni zamanda, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu da təsdiq edir. 

 

Azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəyliyinə nail olunmasında Prezident İlham Əliyevin də xüsusi xidmətləri var. İlham Əliyev sayəsində milli-mənəvi və bəşəri dəyərlər artıq azərbaycançılıq ideologiyasının əsas təməl prinsiplərini təşkil edir. 

 

Azərbaycan tarix boyu müxtəlif millətdən insanların dinc yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabərhüquqlu münasibət göstərilib. Bu səbəbdən də illər ərzində Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən azərbaycançılıq ideyası bu gün də ictimai-siyasi proseslərə öz müsbət təsirini göstərir.


 

Firuzə Əliyeva

 

Mövzu: Azərbaycançılıq ideyasının təbliği
 
Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 


 


OXŞAR XƏBƏRLƏR

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...

Azərbaycanda su ehtiyatları 20-25 faiz AZALACAQ

"Hazırda bütün dünyada, o cümlədən ölkəmizdə qlobal iqlim dəyişilmələrinin neqativ təsirləri getdikcə genişlənir. Bu təsirlər arid zonalarada yerləşən ölkə...