Münhendə Azərbaycan Prezidenti ilə Almaniya Kansleri arasında GÖRÜŞ OLACAQ

Kateqoriya məlum deyil
T
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts arasında görüş olacaq.
Sfera.az-ın məlumatına görə bu barədə Almaniya Kanslerinin Prezident İlham Əliyevə seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrikdə deyilir.
“Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam”, - Olaf Şolts yazıb.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 16-18 tarixlərində keçiriləcək.






