"Ukraynaya yalnız bu şərtlə borc verilməlidir" - Trampdan ABŞ hökumətinə ÇAĞIRIŞ

"Birləşmiş Ştatlar Ukraynaya qrant yardımı ideyasından imtina etməli və əvəzində Kiyevə qaytarılmaq şərti ilə kreditlər verməlidir".
Sfera.az Bloomberg-ə istinadən xəbər verir ki, bu çağırışı Amerikanın keçmiş prezidenti Donald Tramp edib.
Tramp yardımın şərtlərini də açıqlayıb:
“Amerika hakimiyyəti Kiyevə daha 60 milyard dollar vermək istəyir. Başqa cür edin. Onlara borc verin. Əgər qalib gələ bilsələr, o zaman pulumuzu bizə qaytararlar. Əgər bunu bacarmasalar, pulu geri ödəməsinlər".
Bir müddət əvvəl Tramp yenidən prezident seçilərsə, Rusiya və Ukrayna arasında sülh danışıqlarına can atacağını bildirmişdi. Siyasətçinin prezident seçkilərində qalib gələcəyi təqdirdə atmağı planlaşdırdığı mümkün addımlar arasında ABŞ-nin bəzi NATO ölkələri qarşısında öhdəliklərinin azaldılması tədbirləri də var. "Bloomberg"in həmsöhbətləri hesab edirlər ki, bu cür təşəbbüslər həyata keçirilərsə, ABŞ-nin onilliklər boyu davam edən siyasəti alt-üst olacaq və NATO məhv ediləcək.
Əzizə