Putinin daha bir gəmisi BATDI – “14 fevralda həm də...” + MARAQLI DETALLAR

Qara dənizdə Rusiya Prezidenti Vladimir Putinin daha bir gəmisi batıb.
Sfera.az bildirir ki, Krım sahillərində Rusiyanın Qara dəniz donanmasına məxsus "Sezar Kunikov" böyük desant gəmisi məhv edilib. Məlumata görə, əməliyyat Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən dəniz dronları ilə həyata keçirilib.
Siyasi şərhçi Şahin Cəfərov bununla bağlı maraqlı məlumatlar qeyd edib.
“"Sezar Kunikov" uzunluğu 112,5 metr, eni 15 metr olan, 87 ekipaj üzvündən ibarət 4 min tonluq gəmi idi. Bu gəmi Sovet İttifaqı qəhrəmanı, dəniz piyadaları batalyonunun komandiri olmuş mayor Sezar Kunikovun adı ilə adlandırılıb. S.Kunikov 1943-cü ilin bu günündə - 14 fevralda həlak olub”, - o, bildirib.
Ş.Cəfərovun sözlərinə görə, 2022-ci il martın 24-də Berdyansk limanına Ukrayna ordusunun raket zərbəsi nəticəsində "Saratov" böyük desant gəmisi məhv edilərkən "Sezar Kunikov" zədə almış, onun komandiri, 3-cü dərəcəli kapitan Aleksandr Çirva ölmüşdü.
Günay