Sərhəddə baş verən hadisələrlə bağlı mümkün ÜÇ SSENARİ: “Ola bilər ki...” 

Sərhəddə baş verən hadisələrlə bağlı mümkün ÜÇ SSENARİ: “Ola bilər ki...” 

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri bu gün Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

 

Sərhəddə baş verən hadisələrin səbəbi nədir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bundan əvvəl ABŞ kəşfiyyat analitik mərkəzlərindən birinin Azərbaycan və Ermənistan arasında mümkün müharibə barədə proqnozunu xatırladıb:

 

“Bu ilin əvvəlində verilən açıqlama müəyyən kəşfiyyat məlumatlarına əsaslanır. Təbii ki, Ermənistanın silahlanması və Fransanın təhriki ilə Azərbaycana qarşı hərbi təxribatları mümkün ssenaridir. Paşinyanın sülh açıqlamaları, yeni Konstitusiya ehtiyacının olduğunu vurğulaması bu ölkənin müharibədə maraqlı olmadığı təəssüratını formalaşdırır. Yəni danışıqlar və sazişlər sülh prosesini özündə ehtiva edir. Amma şərti sərhəddə Ermənistan hərbi təxribatlarda maraqlıdır. Əgər Ermənistan təxribatları genişləndirsə, bunun ağır bədəlini ödəyəcək. İrəvanın hərbi təxribatları da mümkündür”.

 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, sərhəddə atəşkəsin pozulması və nəticədə hərbçimizin yaralanması 19 sentyabr antiterror olayından sonra ilk ciddi insidentdir:

 

“Bu təxribatla bağlı üç mümkün ehtimal irəli sürmək olar. Birinci ehtimal odur ki, erməni hərbçi əmrə tabe olmayıb və atəş açıb. İkinci ehtimal odur ki, bu təxribatın arxasında xarici güclər dayanır. Bu, o güclərdir ki, sülh prosesinə mane olmaq istəyirlər. Üçüncü ehtimal odur ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir. İkinci və üçüncü ehtimal iki ölkə arasında gələcəkdə də atəşkəsin pozulmasını ehtiva edir və bu, böyük toqquşmaya səbəb ola bilər. Bu, Ermənistan üçün son dərəcə riskli gedişatdır. Ona görə də birinci ehtimalın üzərində dayanmaq lazım gəlir”.

 

Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə regionun Fövqəladə Hallar Nazirliyinin m...

Bu ərazilərdə qaz olmayacaq

Bakı və Sumqayıtın bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   "Azəriqaz"dan Sfera.az-a verilən məlumata görə, Qaradağ r...

Kapital Bank-ın 30 mln. manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 milyon manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. İstiqraz sahibi...

Azərbaycanda məşhur tiktoker insan alverində İTTİHAM EDİLİR - DETALLAR

Məşhur tiktoker Mahirə Marandskayanın cinayət iş üzrə istintaq yekunlaşıb və baxılması üçün məhkəməyə göndərilib.   Sfera.az məlumat verir ki, t...

Müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır

Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyasının növbəti mərhələsinə başlanılır.   Bu barədə Sfer...

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.   Sfera.az xəbər verir ki, bu gün yarışın yarımfinal mərhələsinin cavab görüşlərinə start ver...