Paşinyan sülh müqaviləsindən DANIŞDI: \"Ötən ilin sonunda...\"
Ermənistanın Baş naziri Nikol Paşinyan İngiltərənin “Daily Telegraph” qəzetinə açıqlama verib.
Sfera.az bildirir ki, o, Ukrayna müharibəsindən söz açıb.
“Ukrayna ilə bağlı Rusiyanın müttəfiqi olmadığımızı demişdim. Bu gerçəkdir. Lakin onu da qeyd etmək istərdim ki, ABŞ, Fransa və ya digər tərəfdaşlarımızla təhlükəsizlik sahəsində əməkdaşlığımız digər tərəfdaşlarımızı hədəfə almır”, - Nikol bildirib.
Ermənistanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı danışan Paşinyan bu fikirləri qeyd edib:
“NATO-ya üzvlük bizim müzakirə etdiyimiz və ya edəcəyimiz məsələ deyil. Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalıb-qalmamaq barədə düşünür”.
Ermənistan Baş naziri Azərbaycanla sülh müqaviləsindən də söz açıb. “Ötən ilin sonunda biz yekun müqavilə mətninə yaxın idik”, - o, əlavə edib.
Günay