Ararat Mirzoyan Brüsselə SƏFƏRƏ GETDİ

Ararat Mirzoyan Brüsselə SƏFƏRƏ GETDİ

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

 

Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüş fevralın 13-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin iştirakı ilə baş tutacaq.

 

Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin icrası prosesi, o cümlədən Ermənistanın həyata keçirdiyi islahatlar, eləcə də müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi perspektivləri müzakirə olunacaq.

 

Ermənistan XİN başçısının səfəri iki gün davam edəcək.


OXŞAR XƏBƏRLƏR