Baydendən Trampın fikirlərinə REAKSİYA - \"Putinə “yaşıl işıq” yandırdı\"

Baydendən Trampın fikirlərinə REAKSİYA - \

Bayden, Trampın son çıxışına reaksiya verib.

 

Sfera.az bildirir ki, Ağ Ev rəhbəri, sabiq prezidentin açıqlaması ilə Putinə müharibə mövzusunda “yaşıl işıq” yandırdığını deyib. Bayden Trampın sözlərini “mədə bulandıran və təhlükəli” olaraq dəyərləndirib.

 

Respublikaçılar Partiyasından prezidentliyə namizədlik yarışında Donald Trampın yeganə rəqibi Nikki Heyli də həmkarını tənqid edib.

 

“Rusiya ilə yan-yana görünmək heç vaxt istəməyəcəyimiz şeydir. Putin isə rəqiblərini öldürən quldurdur”, - Heyli əlavə edib.

 

NATO-nun baş katibi Yens Stoltenberq də, Trampın, ölkəsinin kifayət qədər pul xərcləməyən müttəfiqlərini dəstəkləməyəcəyi barədə bəyanatına reaksiya verib. O, bu çıxışın təhlükəsizliyə zərər vurduğunu deyib.

 

Xatırladaq ki, Donald Tramp Cənubi Karolinada seçki mitinqində çıxışı zamanı, prezidentliyi dövründə bir NATO ölkəsinin baş nazirinə Rusiyanı, lazımi müdafiə xərclərini ayırmayan NATO üzvlərinə hücum etməyə təşviq edəcəyini deyib.

 

Qeyd edək ki, Tramp prezidentliyi dövründə NATO-nu tənqid edib və alyansa üzv olan ölkələri müdafiə etməyin ABŞ-yə ədalətsiz maliyyə yükü yaratdığını iddia edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR