Trampın BU CAVABI səs-küy YARATDI: \"Məndən soruşdular ki, bizi müdafiə edəcəksən?\"

Trampın BU CAVABI səs-küy YARATDI: \

ABŞ-nin sabiq prezidenti Donald Trampın NATO ilə bağlı son çıxışı səs-küy yaradıb.

 

Sfera.az bildirir ki, Cənubi Karolinada seçki mitinqində çıxış edən Tramp prezidentliyi dövründə NATO liderlərinin toplantısında müdafiə xərcləri hədəflərini yerinə yetirməyən üzvləri tənqid etdiyini deyib.

 

O, sözügedən Alyans üzvlərinin müdafiə edilməməli olduğunu vurğulayıb:

 

“Toplantıların birində onlara dedim ki, hamı hərbi xərcləri ödəyəcək. Məndən soruşdular ki, pul verməsək də, bizi müdafiə edəcəksən? “Qətiyyən yox”, deyə bildirdim. Onlar bu cavaba inana bilmədilər”.

 

Tramp həmçinin, böyük bir ölkənin dövlət başçısı ilə dialoqunu da xatırladıb:

 

“Həmin şəxs məndən soruşdu ki, ABŞ mümkün Rusiya işğalı halında, pul verməsələr belə, onları müdafiə edəcəkmi? Mənim cavabım belə oldu: “Xeyr, mən sizi qorumayacağam. Hətta Rusiyanı istədiklərini etməyə təşviq edə bilərəm. Ona görə də xərcləri ödəməlisən””.

 

Ağ Evdən Trampın sözləri ilə bağlı açıqlama gəlib. Sözügedən çıxış “qorxunc və balanssız” adlandırılıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...