Sərvərin avtomobili Türkiyədə sərgilənəcək - VİDEO

Siyasət
16:25 / 10.02.2024
7515
Ötən il Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirlinin avtomobili Adıyamanda sərgilənəcək.
Sfera.az xəbər verir ki, bu haqda o, Türkiyənin “Anadolu Agentliyi”nə danışıb.
Avtomobili sərgiləmək üçün Adıyamana aparmaq istədiklərini bildirən Sərvər, “Bu təklifi qəbul etdim. İstədikləri zaman götürə bilərlər” deyib.
Qeyd edək ki, Türkiyənin Adıyaman şəhəri də zəlzələlərdən ən çox zərər çəkən şəhərlərdən biri olub.