Paşinyana təzyiqlər ARTIR: “Döyüş meydanı”nda tək qoyulur? - “Çıxış yolu..”

Paşinyana təzyiqlər ARTIR: “Döyüş meydanı”nda tək qoyulur? - “Çıxış yolu..”

“Ermənistanın Baş Naziri Nikol Paşinyana sadiq adamlar azalır”.

 

Bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb. Bildirilib ki, onun komandası tədricən köhnəlir:

 

“Paşinyan nazirləri vəzifədən uzaqlaşdırmağa çalışmır, əksinə, onları könüllü istefaya göndərir. Baş nazir rəhbərlik etdiyi hökumətdə onunla işləmək istəyən adam tapa bilmir”, - nəşr qeyd edib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistanda hakim partiya arasında gərginliyin artması və Paşinyan əleyhinə narazılığın artması səbəbsiz deyil:

 

“Çox güman, bu, hökumət başçısının daxili və xarici siyasət kursu ilə bağlıdır. Baş nazirin son vaxtlar, xüsusilə konstitusiya, gerb və himnin dəyişdirilməsinin zəruriliyi ilə bağlı səsləndirdiyi fikirlər, yəqin ki, bir çoxunun xoşuna gəlmir. Əslində bu, təbiidir. Çünki Paşinyan, həqiqətən, inqilabi dəyişiklik edir. Mövcud hakimiyyətin xarici siyasətindəki bəzi məqamların hökumətdəki müəyyən şəxsləri narazı salması da mümkündür. Paşinyan inqilabi dəyişikliklər etsə də, kənar təzyiqlərdən tam azad ola bilmir. O, həm ABŞ-ni, həm Fransanı, həm Avropa İttifaqını(Aİ), həm də Rusiyanı qane etmək istəyir. Bu isə sözügedən tərəflərin daha çox təzyiqi ilə nəticələnir”.

 

Müsahibimiz bildirib ki, sorğulara əsasən, Paşinyanın nüfuzu getdikcə azalır:

 

“Paşinyanın Rusiyadan lazımi səviyyədə uzaqlaşmaması, görünür, Qərb dairələrində narahatlıq yaradır. Çox güman, Qərb Ermənistanın Rusiya ilə münasibətlərində daha radikal mövqe ortaya qoymasını tələb edir. Elə buna görə də artıq Qriqoryanın hakimiyyətə gətirilməsi məsələsi müzakirə olunur. Qriqoryan da Qərbmeyilli siyasətçidir. Hərçənd Ermənistanda hakimiyyətin asanlıqla və yaxın gələcəkdə dəyişiləcəyi ağlabatan görünmür. Paşinyan administrasiyası vaxt qazanmağa, prosesi uzatmağa çalışdıqca özünü daha çıxılmaz vəziyyətə salacaq. Odur ki, baş nazir Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması prosesinə səmimi və sürətli töhfələr verməklə ölkəsi üçün yeni təhlükəsizlik çətiri formalaşdıra bilər”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...