"Paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaradılana qədər..." - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun iştirakçıları qarşısında çıxışı zamanı İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələri nasist hücumları ilə müqayisə edib.

 

Sfera.az xəbər verir ki, onun sözlərinə görə, İsrailin bombardmanları nəticəsində 67 mindən çox fələstinli yaralanıb.


"Bütün dünyanın gözü qarşısında İsrail və onun işğalçı qüvvələri fələstinliləri qətlə yetirir. İsrailin bombalı hücumları nəticəsində 67 mindən çox fələstinli yaralanıb",-Türkiyə lideri qeyd edib.

 

Dövlət başçısı vurğulayıb ki, Türkiyə və digər müsəlman ölkələri “İsrailin insanlığa qarşı cinayətləri” faktını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır. Ərdoğan əlavə edib ki, paytaxtı Şərqi Qüds olan müstəqil dövlət yaradılana qədər mübarizəni davam etdirəcək.

 

Bundan əvvəl Misirin xarici işlər naziri Sameh Şükrü bildirib ki, İsrail və Fələstin arasında münaqişənin genişlənməsi təhlükəsi artmaqdadır. Onun sözlərinə görə, Qəzzada humanitar dəstək sistemi dağılmaq ərəfəsindədir.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...