Trampın ABŞ ilə bağlı YENİ HƏDƏFLƏRİ: “Prezident olarsa..”

Trampın ABŞ ilə bağlı YENİ HƏDƏFLƏRİ: “Prezident olarsa..”

Amerikalı ekspertlərin fikrincə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp növbəti prezident olacaq.

 

Bəs Trampın hədəfində nələr var?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, Tramp yenə eyni vədlər verir:

 

“Məsələn, “mühacirləri ölkələrinə göndərəcəm”, “sərhədləri gəlmələr üçün qapadacam”, “Ukraynaya hərbi və maliyyə dəstəyi dayandırıb savaşa son qoyacam”.

 

“The Washington Post” qəzetinin yazdığına görə, Tramp prezident seçildiyi halda Çinə qarşı ticarət müharibəsinə də başlayacaq. Məqalədə Trampın Çinə qarşı yeni planının olduğu yazılıb.

 

"Bu, qlobal ticarət müharibəsinə səbəb ola bilər. Tramp öz müşavirləri ilə Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqini müzakirə edib. Bundan başqa o, Çinlə ticarət əlaqələrinin statusunu azaltmağa çalışacaq”.

 

Ekspert bildirib ki, Trampın Çinlə bağlı söylədikləri sadəcə vəd deyil:

 

“O, Ağ Evə sahib olacağı halda Vaşinqtonun Pekinlə münasibətlərinin gərginləşəcəyini ehtimal etmək olar. 2023-cü ilin noyabr ayı üçün Çin ABŞ-nin xarici ticarətində Meksika və Kanadadan sonra üçüncü sırada qərar tutub. Tramp prezident seçilərsə, Çin ABŞ-nin xarici ticarətində yerini başqasına təhvil verəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR