Putinin Qərb mediasına SENSASİON MÜSAHİBƏSİ: “Ukrayna müharibəsini Conson başlatdı, qələbə illüziyadır...”

Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi müzakirə obyektinə çevrilib.
Sfera.az bildirir ki, müsahibə Qərbdə böyük səs-küyə səbəb olub. Milyarder iş adamı İlon Mask da söhbəti canlı izləyib. Müsahibənin diqqətçəkən məqamları da açıqlanıb. Belə ki, Putinin istifadə etdiyi bu fikirlər gündəm olub:
- Rusiya Federasiyası Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etmək istəyir, gec-tez bu baş verəcək. Kreml istənilən rəhbərliklə işləməyə hazırdır.
- Rusiya dəfələrlə sülh ilə həll yolları təklif edib, amma heç kim bizi dinləməyib.
- Döyüş meydanında Rusiya Federasiyası üzərində qələbə haqqında fikirlər bir illüziyadır. Sabiq britaniyalı nazir Boris Conson Ukraynanı müharibə yoluna sövq etdi. Conson indi haradadır? Müharibə davam edir.
- Biz nə Polşaya, nə Latviyaya, nə də NATO-ya hücum etmək fikrindəyik. Rusiyanın orada maraqları var.
- ABŞ Ukraynada muzdluların sayına görə liderlər sırasındadır. Birləşmiş Ştatlar Rusiya Federasiyasında “zəif liderliyin” yaranmasına can atır. Lakin bu, Vaşinqton üçün də təhlükəlidir.
- Müharibəni dayandırmaq istəyirsiz? O zaman, Kiyevə silah göndərməyi dayandırın.
Qeyd edək ki, amerikalı jurnalist Taker Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirmişdi.
Xatırladaq ki, Putin sonuncu dəfə 2021-ci ilin oktyabrında Qərb mətbuatının nümayəndəsinə müsahibə verib. O, Rusiya Enerji Həftəsinin plenar iclası başa çatdıqdan sonra ABŞ-nin “CNBC” telekanalının aparıcısı Hadley Qambl ilə danışıb.
Günay