"Bu, yeni mərhələnin başlanması deməkdir" – Vüqar Bayramov

"Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri başa çatıb. Bu, yeni mərhələnin başlanması deməkdir. Bu mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı, regional stabilliyin güclənəcəyi də gözlənilir. Yeni dövr bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirib. 2023-cü ildə əldə etdiyimiz uğurlar yeni mərhələdə daha da möhkəmləndiriləcək. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi gözlənilir”.

 

Deputat diqqətə çatdırıb ki, dünənki seçki Zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edən prioritet addımlardan biri idi.

 

“Xalqımız bu seçkidə də, qalib xalqın, qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla, ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR