"Seçki prosesinin tam şəffaf və aktiv keçdiyini gördük" - Moldova nümayəndəsi

Moldova-Azərbaycan parlamentlərarası işçi qrupun rəhbəri Vitali Jakot müşahidələri zamanı seçki prosesinin tam şəffaf və aktiv keçdiyini bildirib.

 

Sfera.az xəbər verir ki, bu barədə o, keçirdiyi brifinqdə deyib.

 

Moldova nümayəndəsi qeyd edib ki, işğaldan azad olunan Xankəndi şəhərində də seçki prosesini izləyib.

 

"2 il öncə Şuşada da olmuşdum. Dağılmış abidələri, məscidləri gördüm. Bu, mənə çox pis təsir etdi. Amma bütün abidələr, o cümlədən kilsələr heç bir zərər vurulmadan restavrasiya edilirdi. Dünən Xankəndiyə gedəndə həmkarlarım yolboyu çox duyğulu idi. Bu, mənim üçün tanış mənzərə idi. Ümumiyyətlə, Xankəndi çox gözəl şəhərdir, amma boşdur. Buna baxmayaraq, əminlik hissi var idi ki, boş qalmış evləri, mülkləri heç kim dağıtmayacaq. Hiss edilirdi ki, insanlar bura istədiyi zaman qayıda və dinc yaşaya bilərlər.

 

Azad olunmuş ərazilərdə yaşayan insanlarla söhbət etmək imkanım da oldu. Xankəndidən qaçqın düşən, sonradan torpağına qayıdan insanlar var idi. Onlar çox inamlı və nikbin görünürdülər. Bu əminlik, inam hissi isə çox şeyin öhdəsindən gəlmək olar. Ümumilikdə, müşahidələrimiz zamanı seçki prosesinin tam şəffaf və aktiv keçdiyini gördük", - deyə o vurğulayıb.

 

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.(Report.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...