Ukraynalı nazirdən Aİ-nin ünvanına SƏRT SÖZLƏR: “Hazır deyildilər...” 

Ukraynalı nazirdən Aİ-nin ünvanına SƏRT SÖZLƏR: “Hazır deyildilər...” 

Ukrayna ordusu sursat çatışmazlığından əziyyət çəkir.

 

Sfera.az bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Aİ diplomatiyasının rəhbəri Cozef Borrell ilə görüşdən sonra deyib. O qeyd edib ki, Avropanın müdafiə sənayesi Rusiya hərbi sənayesinin miqyasına hazır deyildi.

 

“Münaqişənin miqyası və Rusiyanın artilleriyadan istifadəsi bunu təsdiq edir. Ümid edirik, bu vəziyyət sursat qıtlığına çevrilməyəcək”, - nazir bildirib.

 

Analitiklər isə Kulebanın bu açıqlamasını “Borreli ictimaiyyət qarşısında alçaltdı” kimi dəyərləndirib. Qeyd olunub ki, nazir Aİ nümayəndəsi ilə görüşündən dərhal sonra bu cür çıxış edib və bu, Qərbə ünvanlanıb. Bundan əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov Avropa İttifaqı ölkələrinin hərbi idarələrinin rəhbərlərinə məktub göndərərək sursat çatışmazlığından şikayət edib. O, Ukrayna ordusunda sursatla bağlı vəziyyəti “kritik” adlandırıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...