Haqq Ədalət Partiyası: "İlham Əliyevi ürəkdən təbrik edir, uğurlar arzulayırıq"

Haqq Ədalət Partiyası:

Haqq Ədalət Partiyası növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

 

Sfera.az xəbər verir ki, bəyanatda deyilir:

 

“Haqq Ədalət Partiyası 7 fevral tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərini bütün seçki prosesi ərzində yaxından müşahidə edib və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildirmişdir. Partiya Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycanı qalib dövlətə çevirən, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəyini öncədən bildirmişdir.

 

Partiyanın ümumi müşahidəsinə əsasən bəyan edirik ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunmuşdur. Hər bir namizədə ödənişsiz təbliğat imkanlarından, efir vaxtından bərabər şəkildə faydalanmaq, öz təbliğat materiallarını yaymaq və ölkənin bütün ərazisində seçicilərlə kütləvi görüşlər keçirmək imkanı yaradılmışdır. Bununla yanaşı partiyamızın çoxsaylı üzvləri Prezident seçkilərində müşahidəçi olmaq üçün seçki dairələrində və Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmişdir. Səsvermə günü Haqq Ədalət Partiyasının qərargahında müşahidəçilərdən gələn məlumatlar təhlil olunmuş və səsvermənin gedişatı analiz edilmişdir.

 

Analizlərin nəticələrinə əsasən bildirik ki, seçki günü səsvermə, səslərin sayılması və səsvermənin seçki məntəqələri üzrə yekunlarının sənədləşdirilməsi prosesi uğurla və qanunvericiliyə uyğun aparılmış, seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməmişdir. Seçki prosesində aşkarlıq yüksək səviyyədə təmin olunmuş, müşahidəçilərə prosesi aydın müşahidə etmək üçün bütün imkanlar yaradılmışdır. Seçkilər seçicilərin yüksək fəallığı ilə baş tutmuş və nəticələr Azərbaycan xalqının siyasi iradəsini tamamilə əks etdirmişdir.

 

Hesab edirik ki, Haqq Ədalət Partiyasının da bu seçkilərdə dəstəklədiyi namizəd Ali Baş Komandan İlham Əliyevin xalqın böyük etimadını qazanaraq qələbə çalması haqq və ədalətin qələbəsidir. Bu böyük qələbə münasibətilə partiyamızın çoxsaylı üzvləri adından cənab İlham Əliyevi ürəkdən təbrik edir, qalib Azərbaycanı daha da gücləndirməsi yolunda Prezidentimizə uğurlar arzulayırıq".

 

Qeyd edək ki, Haqq Ədalət Partiyasının sədri Əli İnsanovdur.


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...