Faiq Qarayev: "Bu seçki xalqımız üçün böyük bayramdır" - FOTO

Faiq Qarayev:

Voleybol üzrə Azərbaycan millisinin baş məşqçisi, "Şöhrət" və "Əmək" ordenli Faiq Qarayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

 

Sfera.az xəbər verir ki, təcrübəli mütəxəssis 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1 saylı məntəqəsində səs verib.

 

O, ölkənin tarixi günə şahidlik etdiyini bildirib: "Artıq torpaqlarımızı işğaldan azad etmişik. Bu seçki xalqımız üçün böyük bayramdır. Çox ölkələrdə belə təmiz və gözəl seçkilər olmur. Bütün Azərbaycanda insanlar bayram ab-havasında seçkidə iştirak edirlər. Dövlətimiz, xalqımız və gənclərimiz üçün xeyirli olsun".

 

Qeyd edək ki, Azərbaycanda bu gün, fevralın 7-nə növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır. (Report)


OXŞAR XƏBƏRLƏR

“Tramp sülhün müəllifi kimi tarixə düşmək istəyir” - Ekspert

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 15-də İstanbulda Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə keçiriləcək danışıqlara ABŞ Prezidenti Donald Trampı...

"Son zəng"lə bağlı XƏBƏRDARLIQ

"Son günlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə müvafiq məktəb üzrə baş verən neqativ haldan (207 saylı məktəbin direktorunun "Son z...

Ərzaq məhsullarından ən çox meyvə və tərəvəzlər bahalaşıb - Müqayisə

2025-ci ilin aprelində ərzaq məhsulları arasında aylıq müqayisədə ən çox bahalaşma meyvə və tərəvəzlərdə qeydə alınıb.  Sfera.az rəsmi dövlət statisti...

Doktoranturaya sənəd qəbulu başladı

13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.   Bu barədə Sfera.az-a Elm və Təhsil Nazirliy...

"102 min şagird 1-ci sinfə qəbul olunub" - Eşqi Bağırov

Artıq 102 min şagird 1-ci sinfə qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə...

Trampın Yaxın Şərq turu başladı - İlk bu ölkəyə gedib

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik dövründə ilk xarici səfər turuna çıxıb. Trampın Yaxın Şərq turunun ilk dayanacağı Səudiyyə Ərəbistanı olub. &...