Putindən müsahibə alacağını dedi, 51 milyondan çox baxış qazandı - VİDEO

Putindən müsahibə alacağını dedi, 51 milyondan çox baxış qazandı - VİDEO

Amerikalı jurnalist Putindən müsahibə alacaq.

 

Sfera.az bildirir ki, bu barədə jurnalist Taker Karlson sosial media hesabından elan verib. Sözügedən paylaşım isə 51 milyondan çox baxış toplayıb.

 

Elan videosu çərşənbə axşamı Moskva vaxtı ilə saat 22:00 radələrində “X” sosial şəbəkəsinə yerləşdirilib.

 

Təxminən 10 saat ərzində videoya 51,3 milyon baxış olub, 34 mindən çox şərh gəlib, 375 min istifadəçi isə posta “like” işarəsi qoyub.

 

Məlumata görə, amerikalı jurnalist Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirmişdi.

 

Qeyd edək ki, Putin sonuncu dəfə 2021-ci ilin oktyabrında Qərb mətbuatının nümayəndəsinə müsahibə verib. O, Rusiya Enerji Həftəsinin plenar iclası başa çatdıqdan sonra ABŞ-nin “CNBC” telekanalının aparıcısı Hadley Qambl ilə danışıb.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR