Paytaxtda seçki məntəqəsindən FOTOREPORTAJ

Paytaxtda seçki məntəqəsindən FOTOREPORTAJ

Azərbaycanda növbədənkənar prezident seçkiləri davam edir.

 

Sfera.az saytının əməkdaşı Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində olub.

 

Səsvermə prosesində seçici aktivliyi müşahidə olunur.

 

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır. 

 

Bütün məntəqələrdə, məntəqə üzvlərinə, seçicilərə və müşahidəçilərə lazımi şərait yaradılıb.

 

Vətəndaşların səs vermə prosesindən fotoları təqdim edirik:

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 


OXŞAR XƏBƏRLƏR