Prezident seçkisində səsvermə prosesinə start verildi

Prezident seçkisində səsvermə prosesinə start verildi

Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib.

 

Sfera.az bildirir ki, Azərbaycanda səsvermə səhər saat 08:00-dan axşam saat 19:00-a kimi keçirilir.

 

Seçki Məcəlləsinə əsasən, seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib kilidləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

 

Bildirək ki, seçki günü səsvermə məntəqəsində seçiciyə seçki bülleteni verilir.

 

Bunun üçün səs verən şəxs seçici vəsiqəsini və şəxsiyyət vəsiqəsini (və ya onu əvəz edən sənədi) təqdim etməlidir.

Seçici seçki bülletenini aldıqdan sonra məntəqə seçki komissiyasının üzvü şəxsiyyət vəsiqəsinin (və ya onu əvəz edən sənədin) seriyasını və nömrəsini seçicilər siyahısına yazır.

 

Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza atır.

 

Seçkilərdə iştirak edərkən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.


OXŞAR XƏBƏRLƏR

“Siemens” direktorunun ailəsi ilə birlikdə helikopterin qəzaya uğramasının səbəbi açıqlandı - FOTOLAR

ABŞ-da “Siemens” şirkətinin rəhbərinin ailəsinin olduğu helikopter qəzaya uğrayıb   Sfera.az xəbər verir ki, “Siemens” şirkət...

Yaşar Gülər Azərbaycandan danışdı

Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli m...

Papanın dəfn mərasimində geyim qaydalarını pozdular - FOTOLAR

ABŞ Prezidenti Donald Tramp, ukraynalı həmkarı Volodimir Zelenski və Amerikanın sabiq prezidenti Co Bayden Vatikanda Papanın dəfn mərasimində geyim qaydalarını ...

CIA Hitleri ölümündən 10 il sonra Cənubi Amerikada axtarıb

Sovet qoşunları 30 aprel 1945-ci ildə Berlinin mərkəzinə doğru irəliləyərkən Hitler və onun bir gün əvvəl evləndiyi çoxdankı sevgilisi Eva Braun tutulmamaq üçün...

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapıldı

Sumqayıtda 64 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda qeydə alınıb.   1961-ci il təvə...

İranda fövqəladə vəziyyət elan edildi - 8 ölü, 750 yaralı, 6 itkin + VİDEO

İranın Bəndər Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində xəsarət alanların sayı 516 nəfərə yüksəlib.   Sfera.az xəb...