Türkiyənin müdafiə naziri İraqa getdi

Kateqoriya məlum deyil
T
Türkiyənin müdafiə naziri Yaşar Güler İraqda səfərdədir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə MN məlumat yayıb.
Qeyd olunub ki, o iraqlı həmkarı Sabit Məhəmməd Rza Əl-Abbasi təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirib.
Tərəflər ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparıb.






