Türkiyəli siyasətçilərdən silahlı basqına REAKSİYA: “Terrorun arxasında duran qüvvələr...” 

Türkiyəli siyasətçilərdən silahlı basqına REAKSİYA: “Terrorun arxasında duran qüvvələr...” 

Xəbər verdiyimiz kimi Türkiyədə məhkəmə binasına silahlı hücum edilib. Hadisə nəticəsində 2 nəfər ölüb, 3-ü polis olmaqla 6 nəfər yaralanıb. Ölənlərin hücum edən şəxslər olduğu bildirilib. Hücum edən Emrah Yayla ve Pınar Birkoçun DHKP/C terror təşkilatının üzvləri olduqları təsbit olunub. Məhkəmə binasına giriş-çıxışlar bağlanıb.

 

Məlumata görə, İstanbul Respublika Baş prokuroru Şaban Yılmaz və Baş prokurorun müavinləri hadisə yerində araşdırma aparır.

 

Sfera.az bildirir ki, sözügedən hücumla bağlı türkiyəli siyasətçilərdən də reaksiyalar gəlməyə başlayıb. Yaralılara tezliklə şəfa diləyən Səadət Partiyasının sədri Temel Karamollaoğlu sosial media hesabında bunları qeyd edib:

 

“Bu xain hücumu qınayıram. Məqsədindən və üsulundan asılı olmayaraq terrora qarşı mübarizə aparmağa davam edəcəyik”.

 

Gələcək Partiyasının sədri, sabiq baş nazir Əhməd Davudoğlu, "Xain terror təşkilatları və mənsublarının məqsədlərinə imkan verməyərək, terrorun qarşısında durmağa davam edəcəyik", - bildirib.

 

Vətən Partiyasının sədri Məhərrəm İncə, “Çağlayan Ədliyyəsində törədilən terror aktı nəticəsində yaralanan polis əməkdaşlarımıza və vətəndaşlarımıza tezliklə şəfalar diləyirəm”, - qeyd edib.

 

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu isə bunları yazıb:

 

“Çağlayan Ədliyyəsinə edilən xain terror aktını qınayıram. Ədliyyəmizə, polis qüvvələrimizə keçmiş olsun, yaralılarımıza isə şəfa diləyirəm. Bu cür təxribatçı hücumlar heç vaxt hüzurumuzu, birliyimizi poza bilməz”.

 

Ankara Bələdiyyə Başçısı Mansur Yavaş, “Çağlayan Ədliyyəsi qarşısında baş verən silahlı hücumu qınayır, yaralanan vətəndaşlarımıza və polis əməkdaşlarına şəfa diləyirəm. Hücum etməyə cəhd edən terror təşkilatı üzvlərini zərərsizləşdirən təhlükəsizlik qüvvələrimizi təbrik edirəm”, - vurğulayıb.

 

AKP sözçüsü Ömər Çelik isə fikirlərini bu cür yazıb:

 

“Hücumu qınayırıq. Qəhrəman polislərimizi təbrik edirik. Yaralılarımızın tezliklə sağalmasını arzulayırıq”.

 

Hücum cəhdini qınayan İYİ Partiya sözçüsü Kürşad Zorlu, “Terrorun və onun arxasında duran qüvvələrin məhv edilməsi üçün mübarizə aparan qəhrəman təhlükəsizlik qüvvələrimizin yanındayıq”, - bildirib.

 

Günay


OXŞAR XƏBƏRLƏR