ABŞ-nin İranla bağlı PLANLARI: Məşhur nəşr AÇIQLADI 

ABŞ-nin İranla bağlı PLANLARI: Məşhur nəşr AÇIQLADI 

ABŞ İrana birbaşa hücum etməyi planlaşdırmır.

 

Sfera.az bildirir ki, bu barədə “Politico” nəşri amerikalı rəsmilərə istinadən məlumat yayıb. Qeyd olunub ki, Vaşinqton Yaxın Şərqdəki bazalarına edilən hücumlara cavab olaraq bunu etməyəcək. Nəşr vurğulayıb ki, İrana birbaşa zərbə ABŞ-nin planlaşdırılan hər hansı cavabının tərkib hissəsi deyil.

 

“Həmçinin, ABŞ prezidenti Co Baydenin köməkçilərinin İrana zərbə endirmək variantlarını təklif edib-etmədiyi də bilinmir”, - “Politico” əlavə edib.

 

Eyni zamanda, Bayden administrasiyasının nümayəndələri milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivanın fevralın 4-də “CNN” telekanalına verdiyi açıqlamaya münasibət bildiriblər.

 

“İrana mümkün zərbə ilə bağlı suala Sallivan ABŞ-nin hər hansı hərəkətini təsdiqləmək və ya təkzib etmək niyyətində olmadığını bildirib. Fikrimizcə, Sallivan İrana birbaşa hücumun real ehtimalına eyham vurmağa çalışmayıb. Ağ Ev sadəcə gələcək mümkün əməliyyatlar haqqında danışmaq istəmir”, - rəsmilərdən biri qeyd edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...