Putini Türkiyəyə aparacaq əsas məsələ BUDUR - Mənbə AÇIQLADI

Putini Türkiyəyə aparacaq əsas məsələ BUDUR - Mənbə AÇIQLADI

Rusiya tərəfindən təklif edilən "Türkiyədə qaz qovşağı layihəsi"nin yol xəritəsi Rusiya Prezidenti Vladimir Putinin respublikaya planlaşdırılan səfəri zamanı müzakirə olunacaq. 

 

Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Türkiyə prezident administrasiyasındakı mənbə bildirib.

 

Bundan əvvəl məlum olmuşdu ki, Türkiyə nümayəndə heyəti qaz qovşağının təfərrüatlarını müzakirə etmək üçün Rusiyaya səfər edib. Tərəflər tədbirlər təqvimi hazırlayaraq işləri sürətləndirmək qərarına gəliblər.

 

Agentliyin həmsöhbəti bildirib ki, bu layihə Rusiya və Türkiyə prezidentləri arasında gələcək danışıqların gündəminin əsas bəndlərindən biridir. Görüş zamanı liderlər öz tapşırıqlarını verəcəklər.

 

Putinin Türkiyəyə səfərinin dəqiq tarixi isə hələ açıqlanmayıb.

 

Xatırladaq ki, 2022-ci ilin sentyabrında “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən terror aktından sonra Vladimir Putin Rusiya qazının itirilmiş tranzit həcminin Qara dəniz regionuna köçürülməsini təklif edib. Onun sözlərinə görə, Türkiyədə qaz qovşağı yaratmaq olar. Bu da digər ölkələrə tədarük platformasına çevrilə bilər.

 

Bir müddət əvvəl isə Türkiyənin Putinin səfəri zamanı qaz məsələsi, AES layihəsi və Suriyanı müzakirə etmək istədiyi bildirilib.

 

Əzizə Zeynal 


OXŞAR XƏBƏRLƏR

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...

Müğənni Nigar “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTO

Müğənni Nigar Rəhimova "Vətən Müharibəsi iştirakçısı" medalı ilə təltif edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nigar Rəhimova öz...

ABŞ və Çin 90 günlük razılığa gəldi

ABŞ və Çin 90 gün müddətinə ticarət rüsumlarını qarşılıqlı azaltmaq barədə razılığa gəliblər.   Sfera.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bes...

Gəncədə yaşayış binasında PARTLAYIŞ: Ölən və xəsarət alan var

Gəncədə yaşayış binasında partlayış olub.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Belə ki, sözügedən ərazi...

İyunda bu tarixlərdə iş olmayacaq - TƏQVİM

İyun ayının qeyri-iş günləri açıqlanıb.   Sfera.az xəbər verir ki, 6-7 iyun Qurban bayramı, 15 iyun Milli Qurtuluş Günü, 26 iyun isə Azərbaycan Respu...