İrəvanın rəsmi Bakıya mümkün TƏXRİBATLARI: Üç müharibə SSENARİSİ

İrəvanın rəsmi Bakıya mümkün TƏXRİBATLARI: Üç müharibə SSENARİSİ

“Azərbaycan və Ermənistan 2024-cü ildə müharibə ehtimalı olan ərazilər sırasındadır”.

 

Bu barədə ABŞ-nin Xarici Əlaqələr Şurası (CFR) məlumat yayıb.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Qərbin düşündüyü birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir:

 

“Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır. Hərçənd, Azərbycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq. Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə, Zəngəzur dəhlizi layihəsində alternativ marşrutların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir. İkinci ssenari Qazaxın 4 kəndinin azad edilməsi ilə bağlıdır. Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməsidir. Rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir. Lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır. Seçkilərdən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir”.

 

Ekspert bildirib ki, üçüncü ssenari, Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır:

 

“Bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir. Rəsmi İrəvan, Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır. Qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir. Ümumiyyətlə, Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...

Makron Azərbaycanla bağlı açıqlama verdi : Fransa nə istəyir?

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin tezliklə imzalanması regionun bütün ölkələri üçün yeni bir səhifə aça bi...

ÜST rəsmisi: COVID-19 əvvəlki kimi təsirli olmasa da, hələ mövcuddur

COVID-19 artıq əvvəlki kimi təsirli olmasa da, hələ də mövcuddur.   Sfera.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı...

Abşerondakı partlayışda yaralanan kişi öldü

Bir həftə əvvəl Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayışda yaralanan şəxs dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, Abşeron Gə...