Putinin səbri SON HƏDDƏ: İrəvana getsə HƏBS ediləcək – Paşiyanı nələr gözləyir?

Putinin səbri SON HƏDDƏ: İrəvana getsə HƏBS ediləcək – Paşiyanı nələr gözləyir?

Ermənistan fevralın 1-dən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) rəsmən qoşulub. Roma statusuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putin haqqında çıxardığı həbs qərarından sonra o, Ermənistana gələrsə, saxlanıla bilər.

 

Maraqlıdır, Paşinyanın Kreml liderinə meydan oxuması nə ilə nəticələnə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bildirib ki, Paşinyan komandasının bu addımı Rusiya tərəfindən cavabsız qalmayacaq. Onun sözlərinə görə, Ermənistan Baş nazirinə dəstək verən qüvvələr var:

 

“Paşinyanın bu hərəkətləri  Qərbdən, xüsusən də, ABŞ-dən dəstəklənir. Buna görə də Rusiya bütün gücü ilə Nikolu cəzalandırmağa çalışacaq. Lakin bu, o demək deyil ki, Moskva İrəvanda istədiyi hər şeyi edə bilər. Paşinyana dəstək verən qüvvələrin buna nə qədər icazə verəcəyi sual altındadır”.

 

Müsahibimiz bildirib ki, Qərbin Rusiyaya şərait yaratması imkansızdır:

 

“Fikrimcə, Qərbin icazəsi olmadan Paşinyanın Kreml tərəfindən devrilməsi mümkün deyil”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR