Prezidentin paylaşdığı fotodakı gənclər KİMDİR?

Kateqoriya məlum deyil
T
Prezident İlham Əliyev "X" sosial şəbəkəsində Gənclər Günü münasibətilə təbrik ünvanlayıb.
Sfera.az xəbər verir ki, ölkə başçısı paylaşımda Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin gənc müəllimləri ilə çəkilmiş fotodan istifadə edib.
Fotoda Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova, məktəbin ibtidai sinif müəllimi Şəmsiyyə Şəmsəddinova, coğrafiya müəllimi Sahil Aslanov, ingilis dili müəllimi Səmayə Müslümzadə və digərləri yer alıb.
Qeyd edək ki, sözügedən məktəb rayon işğaldan azad edildikdən qısa müddət sonra tikilib istifadəyə verilib.







