Özbəkistan mediası Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazıb - FOTO

Özbəkistan mediası Azərbaycanda keçiriləcək Prezident seçkilərindən yazıb - FOTO

Azərbaycanda 7 fevralda keçiriləcək Prezident seçkiləri, seçki öncəsi durum və namizədlərin şansları xarici KİV-lərin də diqqət mərkəzindədir.

 

Sfera.az bildirir ki,  Özbəkistanın nüfuzlu Darakchi.uz, Platina.uz, İshonch.uz İnformasiya portalları mövzu ilə bağlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının açıqlamasını dərc edib.

 

F.Şahbazlı Özbəkistan müsahibəsində qeyd edib ki, 7 fevralda Azərbaycanda baş tutacaq Prezident seçkilərinin ölkəmizin bütün ərazilərində suverenliyini tam bərpa etdikdən sonra keçirilməsi vacib tarixi-siyasi hadisədir. O bildirib ki, son otuz ildə ilk dəfədir ki, Azərbaycan seçicisi ərazi bütövlüyü tam təmin edilmiş suveren bir dövlətin vətəndaşı kimi səs verəcək. F.Şahbazlı qeyd edib ki, bu baxımdan seçkilər həm də Azərbaycanın dövlət olaraq gələcək təhlükəsizliyinin təmin edilməsi, yeni çoxvektorlu inkişaf strategiyasının icra olunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq.

 

Onun sözlərinə görə, Azərbaycanda olduqca demokratik və əlverişli seçki mühiti mövcuddur. F.Şahbazlı bildirib ki, seçkilərin beynəlxalq seçki standartlarına uyğun azad və şəffaf şəkildə keçirilməsi üçün möhkəm siyasi iradə var: “Həm prezidentliyə namizədlərin qeydiyyatı mərhələsində, həm də hazırkı təbliğat və təşviqat dövründə bütün namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərdə hazırki iqtidarın namizədi ilə yanaşı, müxalifət partiyalarını təmsil edən və bitərəf namizədlər mübarizə aparır. Bütün prezidentliyə namizədlər qanunvericiliyin yaratdığı imkanlardan istifadə edərək, müstəqil şəkildə təşviqatla məşğul ola bilərlər.

 

Eyni zamanda, yerli və beynəlxalq müşahidəçilər seçkilərə böyük maraq göstərməkdədirlər. Onlar da öz müşahidələrinə əsasən, Azərbaycanda şəffaf seçki mühitinin olduğunu qeyd edirlər. Ən əsası isə Azərbaycan vətəndaşlarının seçki prosesinə böyük marağı var. Əminəm ki, seçkilər günü bütün vətəndaşlarımız aktiv şəkildə dəstəklədikləri namizədə səs verəcəklər”.

 

Birlik sədri Özbəkistan mediasına açıqlamasında deyib ki, indiyədək keçirilən bütün seçkilərdə namizədlərin platformasında əsas istiqamət ölkənin ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı məsələlər olub.

 

“Lakin artıq ölkəmizin bütün ərazisində suverenliyimiz tam bərpa olunub. Bu reallığı yaradan isə ölkənin Prezidenti İlham Əliyevdir. Yalnız bu fakt onu seçkinin favoriti etməyə kifayət edir.

 

Digər tərəfdən isə düşünürəm ki, İlham Əliyevin Prezident seçilməsi yalnız Azərbaycan xalqı və dövləti üçün vacib deyil. Bu həm də Türk dünyası ölkələrinin inteqrasiyasına, türk dövlətləri arasında əməkdaşlığın inkişafına prinspial və ardıcıl dəstək verən bir lider kimi həm də bütün Türk dünyası üçün çox əhəmiyyətlidir”-deyə, Fərid Şahbazlı qeyd edib.

 


OXŞAR XƏBƏRLƏR

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...