DGK-nın Tibbi Xidmət İdarəsində TƏYİNAT OLDU - FOTO

DGK-nın Tibbi Xidmət İdarəsində TƏYİNAT OLDU - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə yeni rəis təyin olunub.

 

Sfera.az xəbər verir ki, bu vəzifəyə Surxay Məmmədov gətirilib.

 

DGK-nın Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım onu kollektivə təqdim edib.

 

Qeyd edək ki, S.Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Mərkəzində həkim mütəxəssis kimi, həmin mərkəzdə 2005-2012-ci illərdə xüsusi təhlükəli bakterial infeksiyalar bölməsinin rəisi kimi, 2012-2013-cü illərdə Tibbi profilaktika şöbəsinin zabiti kimi, 2013-2016-cı illərdə baş zabit kimi, 2016-cı ildə isə rəis müavini kimi fəaliyyət göstərib. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru adını qazanıb.

 

S.Məmmədov 2016-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin Tibbi profilaktika kafedrasının baş müəllimi kimi, 2019-2021-ci illərdə Azərbaycan Ordusunun baş sanitar həkimi, 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Müharibə iştirakçıları ilə koordinasiya departamentinin Qərb bölgəsi ilə iş şöbəsinin müdiri, 2022-2023-cü illərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...