Azərbaycan və EBRD COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - FOTO

Siyasət
17:00 / 01.02.2024
6953
Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında COP29 tədbirinə hazırlıq müzakirə edib.
Sfera.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"EBRD-nin nümayəndələri ilə Azərbaycanda keçiriləcək COP29 tədbirinə hazırlıq çərçivəsində görülən işlər, beynəlxalq təşkilatlarla dialoqun qurulması, enerji səmərəliliyinin təmin edilməsi üçün resursların effektiv tənzimlənməsi istiqamətində müzakirələr apardıq", - deyə o qeyd edib.