“Bələdiyyə seçkiləri sadələşdirilməlidir” – Siyavuş Novruzov
“Bələdiyyə seçkiləri sadələşdirilməlidir”.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruz deyib.
“Qanunvericilik planı hərtərəfli hazırlanıb. Regional komitəyə qəbul olan 1360 müraciətdən 960-ı həll olunub. Eyni zamanda, bu ilin sonunda bələdiyyə seçkiləri keçiriləcək. Bu prosesdə müəyyən məsələlər sadələşdirilməlidir. Bələdiyyələrin sayı həddindən artıq çoxdur. Bizdən qat-qat böyük olan Türkiyədə 800, bizdə isə 1600 bələdiyyə fəaliyyət göstərir”.
Deputat bildirib ki, bələdiyyə sədrləri xalq tərəfindən seçilməlidir:
“Həmçinin, bələdiyyə seçkiləri üçün namizədlik vermək istəyən şəxsdən 60 səhifədən çox sənəd tələb olunur. Prezidentliyə namizədlə bələdiyyəyə namizəd olan insanlar eyni sənədləri toplayır”.
Firuzə Əliyeva