\"Ermənistan estafeti başqalarına ötürür\" - Deputatdan AŞPA qərarına REAKSİYA

\

“Azərbaycanın AŞPA-dan ayrılmasını doğru qərar hesab edirəm”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Cavanşir Feyziyev deyib.

 

“30 ildən çox davam edən yorucu münaqişə başa çatıb. Fransa və Almaniya Ermənistanla Azərbaycan arasındakı danışıqlara mane olur. AŞPA-da niyyətlərini həyata keçirə bilməyən Ermənistan estafeti başqa dövlətə ötürür. Niderland parlamenti guya Azərbaycanın Ermənistanı işğal edəcəyi barədə yalan məlumatlar yayıb”.

 

Millət vəkili deyib ki, sülh müqaviləsi bölgə dövlətlərinin səyi ilə aparılmalıdır:

 

“Ətrafdan kifayət qədər təsirlər var. Buna qarşı tədbirlər görülməlidir”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR