Fransa hökuməti ÇƏTİN VƏZİYYƏTDƏ: Fermerlər Parisi mühasirəyə alır…
Fransada tətil edən fermerlər polis xəttini keçərək hücuma başlayıblar.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Parisdə fermerlər şəhəri mühasirəyə almaq, ərzaq ehtiyatlarını kəsmək və parisliləri aclıqdan ölməyə məcbur etmək niyyətindədirlər.
Belə ki, fermerlər Paris yaxınlığındakı "Rangis" ərzaq bazarını ələ keçirməyə çalışıblar. 100-ə yaxın adam həbs olunub. Onların traktorlarına həbs qoyulub.
Fermerlər dizel yanacağının qiymətinin aşağı salınmasını tələb edirlər. Fransa bazarlarında Ukrayna taxılının onları məhv etdiyini bildirirlər. Onlarla avtomobil yolunun blokadası artıq logistikaya təsir edib. Belə ki, hazırda Fransa mağazalarında kifayət qədər məhsul yoxdur.
Qeyd edək ki, fermer etirazları demək olar, bütün Avropa İttifaqını əhatə edib. İtaliya, Belçika, Hollandiya, Danimarka və Almaniyada fermerlər tətil edirlər.
Alman fermerləri məharətlə tərənnüm edirlər: “Kəndlilər ölsə, ölkə öləcək”, “Almaniyaya seçki lazımdır”. Almaniyada valideynlərini dəstəkləmək üçün uşaqlar Strasburq küçələrinə oyuncaq traktorlarla çıxıblar.
Əzizə Zeynal