Səfirlik Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi

Səfirlik Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdi

Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi Ankarada Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət edib.

 

Sfera.az xəbər verir ki, ziyarətdə səfir Rəşad Məmmədov və digər diplomatlar iştirak ediblər.

 

Məhəmməd Əmin Rəsulzadənin xatirəsi ehtiramla yad olunub, abidəsi önünə əklil qoyulub.

 

Qeyd edək ki, bu gün M.Ə.Rəsulzadənin anadan olmasından 140 il ötür.

 

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, 2024-cü il ərzində Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək. (Report)


OXŞAR XƏBƏRLƏR

Keçmiş əsgərlərdən etiraf: “Silahsız insanları yuxuda öldürürdülər”

Britaniya Xüsusi Qüvvələrinin sabiq üzvləri, Əfqanıstan və İraqda törədilən müharibə cinayətləri ilə bağlı şok açıqlamalar veriblər.    Sfera.az...

“Həyat yoldaşından küsən qadın çökür”

Xalq artisti Gülyanaq Məmmədova həyat yoldaşından danışıb. Sfera.az xəbər verir ki, “Maqazin plus” yutub layihəsində qonaq olan müğənni on...

"80 milyon insan aclıqla üz-üzə qalacaq" - BMT rəsmisi

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə nümayəndəsi iqlim dəyişikliyinin qlobal aclıq böhranını daha da dərinləşdirəcəyini bildirib.   ...

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...