“Vətənin tərəqqisi üçün gənclər müəyyən peşələrə yiyələnməlidir” - ŞƏRH

“Vətənin tərəqqisi üçün gənclər müəyyən peşələrə yiyələnməlidir” - ŞƏRH

Gənclik, dövrümüzün hərəkətverici qüvvələrindən biridir. Gənc nəslin milli mənlik şüurunun formalaşması və vətənpərvərlik hisslərinin tərbiyəsi, dövlətin qarşısında duran qabaqcıl və prioritet vəzifələrdən birdir. Xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilib mənimsənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vətənpərvərlik hissini daha da gücləndirir.

 

Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin, gəncliyin həyatı, rifahı və gələcəyi ilə sıx bağlıdır. Müasir zamanda gənclərin özünə yer tapması, əməyə, vətəni müdafiəyə hazır olması, hər birimizi düşündürən ciddi məqamlardan biridir.

 

Bəs gənclərə vətənpərvərlik hissinin aşılanması üçün hansı tədbirlər görülməlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, hazırda ölkəmizdə bu istiqamətdə çoxsaylı tədbirlər görülür.

 

“Cənab Prezident İlham Əliyevin siyasi əqidəsi və Azərbaycan gənclərinin şücaəti ilə işğal altında olan torpaqlarımız işğaldan azad edilib. Müharibənin əsas ağırlığı isə Azərbaycan gənclərinin üzərində idi. Çünki Qarabağı azad etmək uğrunda gedən qanlı döyüşlərdə sinəsini sipər edən, cəsarətlə vuruşan və əli silahlı düşmənin üzərinə gedənlər ilk növbədə gənclər idi”.

 

Ceyhun Məmmədov qeyd edib ki, gənclərdə milli mənlik şüurunun formalaşdırılması siyasəti davam etdirilməlidir.

 

“Hər bir gənc mənsub olduğu millətə, vətənə yaxından bağlanmalıdır. Bunun üçün də malik olduğu dəyərləri dərindən bilməyi vacib ünsürlərdən biridir. Məhz bu baxımdan ümumtəhsil ocaqlarında, ali təhsil müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilməli və gənclərin təlim-tərbiyəsinə xüsusi önəm verilməlidir. Eyni zamanda ailələrdə də bu istiqamətdə işlər aparılmalıdır. Ailədə yaxşı böyüyən və gözəl tərbiyə alan uşaqlar mütləq həm savadlı, bacarıqlı olacaq, həm də vətənə, xalqa gərəkli bir övlad kimi yetişəcək. Danılmaz faktdır ki, əxlaqlı və tərbiyəli insanın milli mənlik şüuru da yüksək olur. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək keyfiyyətlərdən biridir. Övladlarının tərbiyəli və vətənpərvər böyüməsi hər bir valideynin öhdəliyidir. Gənclərdə hərbi vətənpərvərlik tərbiyəsi milli mənlik şüuru ilə paralel şəkildə aparılmalıdır. Müasir dövrdə təhsilin qarşısında qoyulan fəal vətəndaşlar yetişdirmək vəzifəsi də sistemli və ardıcıl aparılan vətənpərvərlik tərbiyəsinin nəticəsində reallaşdırılır. Vətənpərvərlik tərbiyəsinin əsası ibtidai siniflərdə qoyulur və digər mərhələlərdə inkişaf etdirilir. Bu baxımdan müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllimlər gələcəyin şəxsiyyətlərinin formalaşmasında əvəzsiz rol oynayır. Məhz bu baxımdan müəllimlər maarifləndirmə tədbirlərinin çoxalmasına xüsusi önəm verməlidirlər”.

 

Deputat diqqətə çatdırıb ki, vətənin tərəqqisi naminə çalışmaq üçün gənclərin müəyyən sənətə, peşəyə sahib olması, təhsilə və elmə yiyələnməsi, geniş dünyagörüşünə malik olması, əməyi sevməsi önəmli faktorlardandır. Ali təhsil ocaqları ilə bərabər peşə təhsil müəssisələri də gənclərin milli mənlik şüurunun formalaşmasında mühüm rol oynayır.

 

“Məhz bu baxımdan gənclərimizin oxumasına, iş tapmasına imkan yaratmaq ölkəmizin ən ümdə vəzifələrindən birdir. Qeyd edə bilərəm ki, Azərbaycanda həm paytaxt, həm də bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb və görülməkdə də davam edir. İşğaldan azad edilmiş torpaqlarımız da, fəaliyyətə başlayan təhsil ocaqları da gənclərin inkişafına öz töhfəsini verəcək. Gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi hər birimizin borcudur”.

 

Milli Məclisin deputatı Vüqar İskəndərov isə bildirib ki, xalqın milli dəyərlərinin inkişaf etdirilməsi gənclərin tərbiyəsi ilə əlaqəlidir.

 

“Ulu Öndər Heydər Əliyev SSRİ dövründə belə, Azərbaycanın milli kimliyinin qorunması, vətənpərvərlik hisslərinin aşılanması üçün misilsiz xidmətlər göstərib. Azərbaycan dilinin dövlət dili elan edilməsi, gənclərimizin prestijli universitetlərə təhsil almaq üçün göndərilməsi, Azərbaycanın mədəniyyətinin, musiqisinin inkişaf etdirilməsi gənclərin milli mənlik şüurunun formalaşmasında böyük rol oynayıb. Cənab Prezident İlham Əliyev də ulu öndərdən miras qalan siyasəti uğurla davam etdirib. Gənclərin təhsilinin uğurla davam etdirilməsi istiqamətində xüsusi dövlət proqramları hazırlanıb və hər bir gənc də onlar üçün yaradılan bu imkanlardan rahatlıqla istifadə edə bilirlər”.

 

Vüqar İskəndərov bildirib ki, 44 günlük Vətən müharibəsindəki qələbə gənc əsgərlərimizin şücaətinin nümunəsidir.

 

“Bu qələbə ilə bütün dünya, gənclərimizin vətən sevgisinə,cəsarətinə şahid oldu. Qarşıda duran ən başlıca vəzifələrimizdən biri bu sevgini, vətənpərvərlik hisslərini qoruyub gələcək nəsillərə ötürməkdir”.

 

Ülkər Abdurahmanlı

 

Mövzu: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi;

 

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...