Zelenskinin NATO ilə bağlı XƏBƏRDARLIĞI: Alyans parçalanır? – “Yaxın dövrdə...”

Zelenskinin NATO ilə bağlı XƏBƏRDARLIĞI: Alyans parçalanır? – “Yaxın dövrdə...”

Ukrayna lideri Volodimir Zelenskinin Almaniyanın ARD telekanalına müsahibəsində səsləndirdiyi fikirlər gündəm olub. O, Kiyevin çətin vəziyyətdə olduğunu deyib.

 

“Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər”, - Zelenski əlavə edib.

 

Maraqlıdır, NATO-nun parçalanması müzakirə obyekti ola bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov bildirib ki, Zelenski bu açıqlaması ilə Qərb dövlətlərinə xəbərdarlıq edir:

 

“Ukrayna liderinin son müsahibəsindən onun ABŞ və NATO-dan daha çox dəstək istədiyini anlamaq olar. Eyni zamanda, Zelenski Qərbə xəbərdarlıq edir ki, əgər siz mənə dəstəyinizi davam etdirməsəniz və Rusiya Ukrayna ərazisinin böyük hissəsini işğal edərsə, növbə NATO ölkələrinə çatacaq. Rusiya Ukrayna ilə kifayətlənməyib Baltikyanı ölkələr, Moldova, Polşa və digərlərinə keçəcək. Bu da NATO-nun dağılmasına gətirib çıxara bilər”. 

 

Siyasi şərhçinin sözlərinə görə, hadisələr göstərir ki, Qərbin Ukraynaya yardımları artacaq:

 

“Bir neçə gün öncə İngiltərə ilə Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi ilə bağlı müqavilə imzalandı. Məqsəd Böyük Britaniyanın bütün imkanlarından istifadə edərək Kiyevə yardımların artırılmasıdır. Əgər bu reallaşarsa,  ABŞ-nin də oxşar addımı atmaq ehtimalı böyükdür”.

 

Politoloq sonda vurğulayıb ki, NATO-nun parçalanmasının yaxın dövrdə mümkün olacağı görünmür:

 

“Uzun illər ərzində ABŞ-nin NATO-ya xərclədiyi pulların da məqsədi məhz NATO-nu ayaqda tutmaqdır. Bu səbəbdən NATO-nun hələ ki, parçalanma ehtimalı azdır. Bununla paralel, Ukrayna NATO-ya daxil olmasa belə, əlaqələri başqa formada davam etdirəcək. Ukraynanın həm ABŞ, həm də Avropa İttifaqından yardım ala biləcəyini düşünürəm”. 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...